AZ

Bakı metrosunda YENİLİK

Ajans.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin yaydığı açıqlamada bildirilib. "Yenidən təşkil çərçivəsində ictimai nəqliyyat sistemində vahid və əlaqələndirilmiş idarəetmə modelinin tətbiqi, xidmət keyfiyyətinin artırılması, rəqəmsal həllərin genişləndirilməsi və sərnişin rahatlığının daha da yüksəldilməsi istiqamətində mərhələli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda metro, avtobus, tramvay və taksi xidmətləri arasında inteqrasiyanın daha da gücləndirilməsi, ictimai nəqliyyat infrastrukturunun müasir tələblərə uyğun inkişaf etdirilməsi, sərnişindaşıma xidmətlərində təhlükəsizlik və operativliyin artırılması, eləcə də şəhərdaxili hərəkətin daha rahat və səmərəli təşkili istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Yenidən təşkil prosesi çərçivəsində sərnişinlərə göstərilən xidmətlərin fasiləsizliyi təmin ediləcək, mövcud marşrut və xidmətlər üzrə fəaliyyət davam etdiriləcək", - deyə açıqlamada qeyd olunub.

Seçilən
20
22
Ajans.az

10Mənbələr