ain.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə idmançılarımızın ilk rəqibləri bəlli olub.
Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 7 çəki dərəcəsində 11 cüdoçu ilə (6 kişi, 5 qadın) təmsil olunacaq. Turnirdə 36 ölkədən 295 idmançı mübarizə aparacaq.
8-10 may tarixlərində keçiriləcək Astana Böyük Dəbilqəsində ilk yarış günü təsnifat mərhələsi saat 10:00-da, final bloku isə saat 16:00-da start götürəcək. Turnirin görüşləri "Judo TV" və "CBC Sport"dan canlı yayımlanacaq.
Kişilər
66 kq, 1/16 final
Rəşad Yelkiyev – Hyonu An (Koreya)
Turan Bayramov – Matteo Piras (İtaliya)
73 kq, 1/8 final
Rəşid Məmmədəliyev – Yersultan Duysenxan (Qazaxıstan) / Arun Kumar (Hindistan) cütünün qalibi ilə
90 kq, 1/16 final
Aslan Kotsoyev – Aybol Nissanali (Qazaxıstan)
+100 kq, 1/8 final
Camal Feyziyev – Yakub Sordil (Polşa)
Uşanqi Kokauri – Jantilek Nurtilepuli (Qazaxıstan)
Qadınlar
48 kq, 1/16 final
Şəfəq Həmidova – Aytana Dias Hernandes (İspaniya)
48 kq, 1/8 final
Könül Əliyeva – Sevinç Murodova (Özbəkistan) / Kristina Dudina (Rusiya) cütünün qalibi ilə
52 kq, 1/16 final
Leyla Əliyeva – Taniştha Tokas (Hindistan)
52 kq, 1/8 final
Gültac Məmmədəliyeva – Şraddha Kadubal Çopade (Hindistan)
70 kq, 1/8 final
Südabə Ağayeva – Miriam Butkereyt (Almaniya)
Azərbaycanın cüdo hakimləri İstanbulda beynəlxalq yarışda iştirak ediblər
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
Millimiz “Böyük Dəbilqə”ni 3 medalla başa vurdu
Millimiz Avropa Kubokunun ilk günündə 3 medal qazanıb
Rəşid Məmmədəliyev bürünc medal qazanıb
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.