AZ

Eyni məhsul hər mağazada niyə fərqli qiymətə satılır? AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Marketlərdə eyni məhsulun fərqli qiymətə satılması son illərdə istehlakçıların ən çox diqqət çəkdiyi məsələlərdən biridir. Xüsusilə gündəlik tələbat mallarında yaranan qiymət fərqləri bəzən suallar doğurur və alıcılar arasında müqayisə davranışını artırır. Bu fərqlərin səbəbləri isə yalnız bir amillə deyil, bir neçə iqtisadi və idarəetmə faktorunun birləşməsi ilə izah olunur.Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a bildirib ki, qiymətlər bazar iqtisadiyyatı şəraitində sərbəstdir və hər bir məhsul müxtəlif marketlərdə fərqli qiymətə satıla bilər:"Təchizatçılar adətən məhsul üçün müəyyən bir satış qiyməti təklif edirlər, lakin marketlər bu qiymətə öz kommersiya siyasətinə uyğun olaraq dəyişiklik edə bilirlər. Bu prosesə birbaşa müdaxilə edilmir, çünki bazar prinsipləri tələb və təklif əsasında formalaşır. Bununla belə, bəzi məhsullar var ki, onların qiyməti dövlət tərəfindən tənzimlənir. Məsələn, dərman vasitələri üzrə müəyyən qiymət qaydaları tətbiq olunur və bu məhsullar yalnız müəyyən edilmiş hədlər daxilində satıla bilər".Ekspert deyib ki, marketlərin qiymət siyasətinə təsir edən amillərdən biri də xərclərdir:"Obyektin icarə haqqı, əməkhaqqı və digər əməliyyat xərcləri fərqli ola bilər. Bəzi marketlər daha az xərc strukturu ilə işlədiyi üçün məhsulları daha ucuz təklif edir və bu yolla müştəri cəlb etməyə çalışır.

Ümumilikdə bu vəziyyət bazar iqtisadiyyatının təbii mexanizmləridir və qiymətlərin dəyişməsi normal hal kimi qəbul edilir",- deyə o qeyd edib.Eyyub Hüseynovun sözlərinə görə, marketlərin qiymət siyasətinə obyektin yerləşdiyi yerin icarə haqqı, işçilərin əməkhaqqı və digər əməliyyat xərcləri də birbaşa təsir edir. Bəzi marketlər xərclərini minimuma endirərək məhsulu daha ucuz satır və bu yolla daha çox müştəri cəlb etməyə çalışır. Ümumilikdə bu vəziyyət bazar iqtisadiyyatının təbii gedişatı hesab olunur.Yəni, eyni yağın və ya unun bir marketdə baha, digərində ucuz olması qanunsuzluq deyil. Hər market öz xərclərinə və gəlir hədəfinə uyğun qiymət təyin edir. Yalnız dövlətin qiymətini təyin etdiyi mallarda (məsələn, dərmanlarda) qiymət fərqi ola bilməz.Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
demokrat.az

1Mənbələr