AZ

“Xərçəng xəstəliyimə görə bir ildir səhnəyə çıxmıram”-fərdi təqaüd alan aktrisa hönkürtü ilə ağladı-FOTO+ÖZƏL

“Bu xəbəri eşidəndə sevincimdən ağladım. Əvvəlcə elə bildim ki, mükafatdır. Prezidentin fərdi təqaüdünə layiq görülməyim mənim üçün ikiqat sevinc və xoşbəxtlik oldu. Yenidən başladım ağlamağa (ağlayır). Bütün bu mükafat və təqaüdləri o vaxt Ulu Öndər Heydər Əliyev təşkil etmişdi. Onun da davamçısı cənab prezidentimiz İlham Əliyev oldu. Bu bizim üçün böyük stimuldur. Mükafatların Heydər Əliyevin doğum günü ərəfəsində verilməsi həqiqətən də dövlətin sənətkarına verilən qiymət və dəyərdir. Bu bizi daha da həvəsləndirir, stimul verir”

Bunu Moderator.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aparıcı aktrisası, Əməkdar artist Hicran Nəsirova deyib. O daha sonra əlavə edib:


“Bilirsiniz ki, son bir ildir mən səhnəyə çıxa bilmirəm. Aktiv səhnə fəaliyyətim yoxdur. Xərçəng xəstəliyi imkan vermir ki, tamaşa oynayım. Yeriyə bilmirəm, xərçəng ayağımda, budumdadır. İndi bir az özümə gəlmişəm. Həm ximiya, həm də şüa aldım. İlboyu bir neçə dəfə əməliyyata girdim. İynə-dərman orqanlarıma çox pis təsir etdi. Elə bilirdim ki, çoxdan yaddan çıxmışam. Birdən-birə bu təqaüdə layiq görülmək mənim ömrümdə yaşadığım ən xoş günlərdən birinə çevrildi. O vaxt da bu xəstəlikdən əziyyət çəkirdim. Moskvada ölümlə üz-üzə qalmışdım. Məni məhz Heydər Əliyev ölümdən xilas etmişdi. Həkimlərə, xəstəxana rəhbərinə tapşırmışdı ki, onun müalicəsi üçün əlinizdən gələni əsirgəməyin. İnşallah ki, bu mükafat mənə stimul olar və sağlamlığım qaydasına düşər, birdəfəlik teatra qayıdaram. Tamaşalarım, tamaşaçılarım üçün çox darıxmışam. Bütün sənət yoldaşlarım zəng vurub, təbrik edirlər. Hamısına da təşəkkür edib deyirəm ki, mən də sizin üçün sevinim. Bir daha cənab prezidentə öz və ailəm adından təşəkkür edirəm” deyə sənətkar bildirib.

Seçilən
20
1
moderator.az

2Mənbələr