AZ

Azərbaycan və Monqolustan arasında məhkəmə-hüquq sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi diqqətdədir  

Mayın 7-də Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycanda səfərdə olan Monqolustanın Baş prokuroru Jarqalsayxan Banzraqçın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Bu barədə AZƏRTAC-a Konstitusiya Məhkəməsindən məlumat verilib.

Sədr Fərhad Abdullayev qeyd edib ki, Azərbaycan və Monqolustan arasında formalaşmış sıx əməkdaşlıq əlaqələri qarşılıqlı etimad və anlaşmaya əsaslanır, eyni zamanda, hər iki dövlət arasındakı münasibətlərin bütün sahələrdə möhkəmlənməsinə mühüm zəmin yaradır.

Daha sonra sədr ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar və yeniliklər, Konstitusiya Məhkəməsinin fəaliyyəti və qərar qəbuletmə proseduru, həmçinin məhkəmənin bir sıra hüquqi mövqeləri barədə ətraflı məlumat verib.

Səmimi görüşə görə minnətdarlığını bildirən Baş prokuror Jarqalsayxan Banzraqç ölkələrimiz arasında ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, əməkdaşlığın mövcud səviyyəsindən məmnunluğunu ifadə edib və bu münasibətlərin daha da möhkəmlənəcəyinə əminliyini vurğulayıb.

Görüşdə tərəflər məhkəmə-hüquq sahəsində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdıraraq, gələcəkdə bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün birgə təşəbbüslərin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

Daha sonra ikitərəfli əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda qonaqlar Konstitusiya Məhkəməsinin binası ilə tanış olublar.

Seçilən
9
1
azerbaijan-news.az

2Mənbələr