İsrailin Livanın cənub və şərqinə, eləcə də Beyrutun cənub ətrafına endirdiyi zərbələr nəticəsində qurbanların sayı 2727 nəfərə çatıb.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Həmçinin bildirilib ki, hücumlar nəticəsində 8,4 min nəfər yaralanıb.
Nazirliyin bəyanatında qeyd olunub ki, 2 martdan 7 maya qədər İsrail təcavüzü qurbanlarının sayı bir neçə min ölü və səkkiz mindən çox yaralı təşkil edib.
Qurumun hesabatına görə, son sutka ərzində İsrailin zərbələri nəticəsində 12 nəfər həyatını itirib.