ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Bakı Tennis Akademiyasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin maraqlı anları yaşanıb. Yarışın final mərhələsi çərçivəsində Nazirlər Kabinetinin “Hökumət” komandası ilə Milli Məclisin “Parlament” kollektivi yoldaşlıq görüşündə üz-üzə gəlib.
KONKRET.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən oyun məhsuldar heç-heçə ilə başa çatıb – 6:6. “Hökumət” komandasının heyətində çıxış edən Emin Əmrullayev matçın gərgin, lakin dostluq mühitində keçdiyini bildirib. O, bu cür tədbirlərin müxtəlif peşə sahiblərini idman ətrafında birləşdirmək və gənclər arasında sağlam həyat tərzini təşviq etmək baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Xatırladaq ki, turnir Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Natiq Səlim,
KONKRET.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.