AZ

Bu incəsənət xadimləri hər ay 1500 manat təqaüd alacaqlar - SƏRƏNCAM

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev mayın 7-də mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdünün, incəsənət xadimlərinə isə Prezident mükafatlarının verilməsi haqqında sərəncamlar imzalayıb.

Prezidentin fərdi təqaüdü 2002-ci il iyunun 11-dən verilir. Ümummilli lider Heydər Əliyev həmin tarixdə bununla bağlı fərman imzalayıb. Təqaüd Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərinin, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə təsis edilib. Bu təqaüd mədəniyyət, ədəbiyyat, elm, təhsil və digər sahələrdə xüsusi xidmətləri olmuş şəxslərə ömürlük verilir.

2026-cı il üçün Prezidentin fərdi təqaüdünün aylıq məbləği 1500 manat təşkil edir. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, Prezidentin fərdi təqaüdü plastik bank kartları vasitəsi ilə yalnız nağdsız qaydada ödənilir.

İncəsənət xadimlərinə verilən Prezident mükafatının məbləği isə ayda 500 manat təşkil edir. Bu mükafat 1 il müddətinə verilir və əsasən incəsənət, mədəniyyət xadimlərinə, o cümlədən Xalq artistləri və Əməkdar incəsənət xadimlərinə şamil olunur. Bu gün adları Prezident mükafatçıları siyahısına düşən sənətçilər 150 nəfərdir. Eyni şəxs yalnız 3 il ardıcıl şəkildə mükafat ala bilər. “Xalq artisti” və “Əməkdar incəsənət xadimi” fəxri adlarını almış şəxslərə, habelə yaradıcı kollektivlərin rəhbərlərinə mükafat hər il verilə bilər.

Mükafatın verilməsi barədə vəsatət mükafata təqdim edilən şəxsin işlədiyi əmək kollektivi tərəfindən Mədəniyyət Nazirliyi qarşısında qaldırılır. Təqdimolunma sənədlərində ötən mövsümün yaradıcılıq nailiyyətləri ətraflı şəkildə göstərilir. Qeyd edək ki, dövlət başçısının mayın 7-də imzaladığı sərəncamla 11 nəfərəPrezidentin fərdi təqaüdü ayırılıb. Bunlar aşağıdakılardır:

Abbasov Adil Möhsün oğlu

Bağırova Sənubər Yusufovna

Həkimova Svetlana Calal qızı

Hüseynov Rövşən Maqsud oğlu

Mehdiyev Cahangir Yaqub oğlu

Məlik-Aslanov Ramiz Lütfəli oğlu

Məmmədov Alim Tahir oğlu

Məmmədova Rimma Şahbabayevna

Mustafayev Mustafa Şura oğlu

Nəsirova Hicran Fətəli qızı

Rəhimova Adilə Teymurovna.

İncəsənət xadimlərinə Prezident mükafatlarının verilməsi haqqında sərəncam isə 150 nəfərə şamil olunub.

Mətləb

Seçilən
5
8
sia.az

9Mənbələr