AZ

Səudiyyə ABŞ a köməkdən imtina etdi

ain.az, Newscenter.az saytına istinadən bildirir.

Səudiyyə Ərəbistanı ABŞ-ın Hörmüz boğazından gəmilərin tranzitini təşkil edən "Azadlıq Layihəsi" əməliyyatına dəstəyindən imtina edib. Çünki Vaşinqton krallığı əvvəlcədən təşəbbüs barədə məlumatlandırmayıb. Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə NBC News ABŞ administrasiyasının iki adı açıqlanmayan rəsmisinə istinadən məlumat yayıb.Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın TruthSocial sosial media platformasında verdiyi əməliyyatla bağlı açıqlama Körfəz ölkələrini təəccübləndirib və eyni zamanda Səudiyyə Ərəbistanı rəhbərliyini qəzəbləndirib. Buna cavab olaraq Ər-Riyad Vaşinqtona ABŞ qoşunlarının Şahzadə Sultan hava bazasından qalxmasına icazə verməyəcəyini və onların hava məkanından istifadəsini qadağan edəcəyini bildirib.NBC News-un məlumatına görə, Trampın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla sonrakı telefon danışığı vəziyyəti düzəltməyə kömək etməyib. Bundan sonra Amerika lideri əməliyyatı dayandırmaq məcburiyyətində qalıb.Anar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
1
newscenter.az

3Mənbələr