AZ

Baş nazirdən QƏRAR yeni qaydalar təsdiqləndi

ain.az, Sia Az portalına istinadən məlumat verir.

“Müayinə və texniki xidmətlə bağlı tələblərə riayət olunmasına monitorinqin keçirilməsi Qaydası” təsdiq edilib. SİA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Yeni Qaydanın təsdiqiylə əlaqədar “Müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin keçirilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 214 nömrəli Qərarı ləğv edilib.

Yeni Qaydaya əsasən, monitorinq “Qaz təchizatı haqqında” qanunda nəzərdə tutulmuş müayinə və texniki xidmət məlumatları üzrə reyestrə daxil edilmiş məlumatlar əsasında texniki təhlükəsizlik sahəsi üzrə Fövqəladə Hallar Nazirliyi və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Tənzimləyici tərəfindən keçirilir.

Sahibkarlıq subyektlərinə münasibətdə monitorinq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələblərinə uyğun həyata keçirilir.

Monitorinqin məqsədi monitorinq subyektləri tərəfindən Qanunun tələblərinə əməl olunmasına müəyyən edilmiş dövriliklə həyata keçirilməsini, qanun pozuntularının qarşısının alınmasını və yol verilmiş pozuntuların vaxtında aşkar edilərək aradan qaldırılmasını təmin etməkdir.

Monitorinq subyektləri aşağıdakılardır:

- qazpaylayıcı sistem operatoru;

- yaşayış binalarının mənzil mülkiyyətçiləri (bina mənzil mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edildikdə), mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri, ixtisaslaşmış istehlak kooperativləri, binanı idarə edən hüquqi şəxslər və fərdi sahibkarlar (idarəedici təşkilatlar), habelə digər qazlaşdırılmış tikinti obyektlərinin mülkiyyətçiləri (istifadəçiləri);

- balansında dövlət mənzil fonduna aid binaları olan dövlət orqanları (qurumları);

- ixtisaslaşmış podratçılar;

- istehlakçılar.

Mətləb

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Sosial

Çelyabinsk vilayətində məscidin üzərinə günbəzlər qoyulub...

Sosial

Kazan müsəlmanlarının cədvəlinə “altıncı” namaz əlavə edilib...

Sosial

Psixoloqlar yaxınlıq və şəxsi azadlığı necə ayırd etməyi izah ediblər...

Sosial

Hansı hallarda yeniyetmələri sosial şəbəkələrdən qorumalıyıq? - PSİXOLOQ AÇIQLADI

Sosial

Sirkə içmək hansı hallarda həyati təhlükə yarada bilər? - AÇIQLANDI

Sosial

Azərbaycanda növbəti üç gündə yağıntı intensivləşəcək

Sosial

Yeni tikililərdə ən çox şikayət edilən problem hansıdır? - ARAŞDIRMA

Sosial

Gecikdirilmiş 292,3 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub

Sosial

“İnklüziv Yaradıcı Sənətlər Festivalı” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilib!

Sosial

Sabah yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək

Sosial

Azercell “GiqaAddım” ilə addımları internetə çevirir

Sosial

Bakı metrosunun iş rejimində dəyişiklik ediləcək

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
sia.az

10Mənbələr