AZ

İlon Mask və “X” platformasına qarşı araşdırma başlayıb

Paris Prokurorluğu sahibkar İlon Mask və onun “X” sosial şəbəkə platformasına qarşı ilkin istintaqa başlayıb.Bu barədə “Le Monde” qəzeti mənbələrə istinadla yazıb.

Bildirilib ki, qərar Maskın aprelin 20-də prokurorluğun çağırışına baxmayaraq dindirilməyə gəlməməsindən sonra qəbul edilib. İstintaq çərçivəsində “X”in keçmiş baş direktoru Linda Yakkarino da təhqiqata cəlb olunub.

Prokurorluq bundan əvvəl Avropol və Fransa jandarmının kibercinayətkarlıqla mübarizə bölməsi ilə birgə “X”in Fransadakı ofislərində axtarışlar aparıb. Araşdırma 2025-ci ilin yanvarında platformanın alqoritmləri və şəxsi məlumatların istifadəsi ilə bağlı şikayətlər əsasında başlanıb.

İstintaq həmçinin “Grok” adlı süni intellekt çat-botunun Holokostu inkar edən məzmunlar və süni şəkildə yaradılmış intim xarakterli materiallar yayması ilə bağlı iddiaları da əhatə edir.

Seçilən
0
1
anews.az

2Mənbələr