İran Hörmüz boğazında ABŞ-nin hərbi-dəniz qüvvələrinə qarşı əməliyyata başladığını açıqlayıb.
İran dövlət televiziyası IRIB-in yaydığı məlumata görə, bölgədə yerləşən ABŞ hərbi bölmələri raket atəşinə tutulub.
Musavat.com xəbər verir ki, İran KİV-lərinin məlumatına əsasən, bundan əvvəl ABŞ hərbi qüvvələri İranın neft tankerinə hücum edib.
Bildirilir ki, Tehran buna cavab olaraq Hörmüz boğazında yerləşən ABŞ hərbi-dəniz bölmələrinə raket zərbələri endirib.
Musavat.com