Paris Prokurorluğu tanınmış amerikalı sahibkar İlon Mask və ona məxsus “X” şirkətinə qarşı ilkin araşdırmalara başlayıb.
Bu barədə mənbələrinə istinadən Fransanın “Le Monde” qəzeti məlumat yayıb.
Məlumata görə, prokurorluğun belə bir qərar qəbul etməsinə səbəb İlon Maskın aprelin 20-də dindirməyə gəlməməsi olub. Araşdırma çərçivəsində “X” platformasının sabiq baş direktoru Linda Yakkrino da hədəfə alınıb.
Qeyd olunur ki, bundan əvvəl prokurorluq Avropol və Fransa jandarmının kibercinayətkarlıqla mübarizə bölməsi ilə birgə şirkətin Fransadakı ofislərində axtarışlar aparıb. Proses 2025-ci ilin yanvarında platformanın alqoritmlərinin fəaliyyətindən daxil olan çoxsaylı şikayətlər əsasında başladılıb.
Bundan əlavə, sosial şəbəkəyə inteqrasiya olunmuş “Grok” süni intellekt çat-botunun Holokostun inkarına dair materiallar paylaşması və süni şəkildə yaradılmış intim xarakterli təsvirlər yayması ilə bağlı şikayətlər də araşdırma mövzusudur.
"Cebheinfo.az"