Əməkdar artist Mətanət İsgəndərlinin müğənni bacısı Sədaqət İsgəndərlinin evi qarət olunub. Bu barədə Mətanət İsgəndərli "Xəzər axşamı" verilişində bildirib.
O, bu səbəbdən bacısının proqrama gələ bilmədiyini qeyd edib: "Bacımın başına iş gəldiyi üçün verilişə qatıla bilmədi. Evindən 16 min manat pul oğurlanıb. Artıq polisə müraciət ediblər. Bayaq orada olduğu üçün verilişə gələ bilməyəcəyini dedi".
Mətləb