AZ

UEFA Konfrans Liqasının finalçıları açıqlanıb

Bakı, 8 may, AZƏRTAC

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, "Kristal Pelas" İngiltərədə Ukraynanın "Şaxtyor" komandasını qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

Digər qarşılaşmada "Strasburq" Fransada İspaniya təmsilçisi "Rayo Valyekano" ilə münasibətlərə aydınlıq gətirib. Fransızlar ilk oyundakı kimi minimal hesabla məğlub olublar.

Beləliklə, "Kristal Pelas" və "Rayo Valyekano" finala vəsiqə qazanıb.

Xatırladaq ki, final matçı mayın 27-də Leyptsiq şəhərində təşkil olunacaq.

Seçilən
105
3
azertag.az

10Mənbələr