AZ

Tramp Avropa İttifaqına 4 iyula kimi vaxt verdi

Əgər Avropa İttifaqı 4 iyul tarixinə qədər ticarət sazişinə əməl etməsə, ABŞ-ın Avropa mallarına tətbiq etdiyi tariflər əhəmiyyətli dərəcədə artırılacaq.

Azreform.info xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə telefon danışığından sonra bildirib.

Amerika lideri telefon danışığını əla adlandıraraq qeyd edib ki, tərəflər İranın heç vaxt nüvə silahı əldə etməməsi barədə tam razılaşma da daxil olmaqla bir sıra mövzuları müzakirə ediblər.

O, həmçinin qeyd edib ki, ABŞ ilə ticarət müqaviləsinin Aİ tərəfindən yerinə yetirilməsini səbirlə gözləyir.

“Aİ-nin razılaşmanın öz hissəsini yerinə yetirəcəyi və razılaşdırıldığı kimi tarifləri sıfıra endirəcəyi vədi verilib. Mən ölkəmizin 250 illiyinə (4 iyul 2026-cı ildə qeyd olunacaq ABŞ Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250 illiyinə qədər vaxt verməyə razılaşdım, əks halda onlar üçün tariflər dərhal daha yüksək səviyyəyə qalxacaq”, - deyə Amerika lideri bildirib.

Elvin

Azreform.info

Seçilən
16
3
azreform.info

4Mənbələr