ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Psixiatr Enrike Roxas 50 yaşdan sonra insanların emosional rifaha necə nail ola biləcəyindən danışıb.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, o, bu yaşda xoşbəxtliyin dörd açarını "El Confidencial" nəşrinə müsahibəsində açıqlayıb.
Roxas iddia edib ki, insanın 50-dən çox yaşı olduqda xoşbəxtliyin dörd əsas amili sevgi, iş, mədəniyyət və dostluqdur.
Onun sözlərinə görə, emosional rifaha nail olmaq üçün bu yaşda sevgidə güclü emosiyalar və qeyri-adi macəralar deyil, daxili hüzur, sakitlik və emosional tarazlıq axtarmaq lazımdır. Psixiatr deyib ki, iş isə sadəcə sağ qalmaq üçün qazanc çərçivəsindən çıxmalı və məmnunluq gətirməlidir.
Mədəniyyət dedikdə Roxas insanın intellektual cəhətdən inkişafına kömək edən və ekran qarşısında daha az vaxt keçirməyi təmin edən tədbirlərdə iştirakı nəzərdə tutub. Mütəxəssis əlavə edib ki, dostluq sədaqət və etibarı, həmçinin digər insanların dağıdıcı tənqidindən qaçmağı ehtiva edir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.