AZ

ABŞ Mərkəzi Komandanlığından son dəqiqə açıqlaması

Hörmüz boğazında ABŞ və İran qüvvələri arasında gərginliklə bağlı yeni məlumat yayılıb.

Musavat.com xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran qüvvələrinin beynəlxalq dəniz marşrutu ilə hərəkət edən USS Truxtun (DDG 103), USS Rafael Peralta (DDG 115) və USS Mason (DDG 87) esmineslərinə raketlər, pilotsuz uçuş aparatları və kiçik qayıqlarla hücum etdiyini açıqlayıb.

Bəyanatda qeyd olunub ki, ABŞ qüvvələri bütün təhdidləri zərərsizləşdirib və heç bir hərbi gəmi zərər görməyib.

CENTCOM bildirib ki, özünümüdafiə məqsədilə İranın raket və dron buraxılış məntəqələrinə, komandanlıq-idarəetmə obyektlərinə, eləcə də kəşfiyyat və müşahidə infrastrukturuna zərbələr endirilib.

Açıqlamada əlavə olunub ki, ABŞ eskalasiya istəmir, lakin regiondakı Amerika qüvvələrini müdafiə etməyə hazırdır.

 

Musavat.com

Seçilən
3
2
musavat.com

6Mənbələr