AZ

Rusiyada Qələbə paradı ətrafında yeni qalmaqal

Moskvada keçiriləcək Qələbə paradı ərəfəsində xarici jurnalistlərin tədbirə buraxılmaması diqqət çəkib.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın Der Spiegel nəşri məlumat yayıb. Bildirilir ki, bir sıra xarici media qurumlarının jurnalistlərinin akkreditasiyası ləğv olunub və onlar tədbiri işıqlandıra bilməyəcəklər.

Rusiya hakimiyyəti qərarı paradın işıqlandırılması formatının dəyişdirilməsi ilə əsaslandırıb. Məlumata görə, digər media nümayəndələrinə də tədbirdə yalnız Rusiya KİV-lərinin iştirak edəcəyi bildirilib.

 

Musavat.com

Seçilən
73
musavat.com

1Mənbələr