AZ

Zəvvarlara ibadət qaydaları ilə bağlı təlimlər keçirilib, ləvazimatlar verilib – Uçuşlar bu tarixlərdə olacaq

Bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlar səfər ərəfəsindədir və hazırda son hazırlıq işləri həyata keçirilir.

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri Pravda.az-a bildirib ki, Azərbaycan zəvvarlarının Həcc ziyarətinə uçuşları 17, 18, 19 və 21 may tarixlərində həyata keçiriləcək.

 

Onun sözlərinə görə, zəvvarlardan sağlamlıq arayışları alınıb və onlara səfər zamanı sağlamlıqlarını qorumaqla bağlı müvafiq tövsiyələr verilib.

 

Eyni zamanda zəvvarlara Həcc ibadətinin qaydaları, mərasimlərin icrası və orada davranış normaları ilə bağlı təlimlər keçirilib, ətraflı məlumatlar təqdim olunub: “Bir neçə iclaslar keçirilib və bütün təlimatlar, ləvazimatlar verilib”.

 

O qeyd edib ki, Həcc ziyarəti müddətində zəvvarların sağlamlığına xidmət göstərmək üçün 4 nəfərdən ibarət kişi və qadın həkim heyəti də onlarla birlikdə səfərə yollanacaq.

 

Qeyd edək ki, bu il Həcc ziyarətində iştirak etmək üçün ümumilikdə 1150 nəfər qeydiyyatdan keçib.

 

Aygün İbrahimli

Tarix: 8 May 2026, 08:30   
Seçilən
61
pravda.az

1Mənbələr