AZ

Dollar, avro və yuan bahalaşacaq, rubl isə...

Rusiya Maliyyə Nazirliyinin xarici valyuta alışlarını bərpa etməsi rublun mülayim zəifləməsinə səbəb olacaq.

Publika.az xəbər verir ki, bunu “Garda Capital”ın investisiya strateqi Aleksandr Baxtin Qazeta.Ru üçün verdiyi proqnozda bildirib.

O deyib ki, baza ssenarisinə əsasən, may ayında dollar 76,5 rubla, avro 89,5 rubla, yuan isə 11,2 rubla qədər bahalaşacaq.

Baxtin qeyd edib ki, Mərkəzi Bankın bu yaxınlarda uçot dərəcəsini aşağı salmasına baxmayaraq, ayın əvvəlində Maliyyə Nazirliyinin valyuta alışlarını bərpa etməsi və inflyasiya riskləri fonunda dollar, avro və yuanın rubla nisbətən mülayim güclənməsi gözlənilir. Rubl neftin yüksək qiyməti və idxala olan aşağı tələbat sayəsində son üç ilin minimumları yaxınlığında sabitliyini qoruyur. Hazırda geriyə dönüş üçün ilkin şərtlər yoxdur, lakin belə məzənnə qeyri-sabitdir və rublun düşmə ehtimalı artımın davam etməsi ehtimalından daha yüksəkdir.

Investing.com məlumatlarına görə, mayın 7-də birjadankənar bazarda dolların məzənnəsi 74,6 rublu, avro isə 87,8 rublu ötüb. Moskva birjasında yuanın qiyməti 10,9 rubldan baha olub. 2026-cı ilin əvvəlindən bəri Amerika valyutası təxminən 5 rubl, Avropa valyutası təxminən 6,5 rubl, Çin valyutası isə təxminən 60 qəpik ucuzlaşıb.

Seçilən
23
1
publika.az

2Mənbələr