AZ

Akif İslamzadə ürək əməliyyatı keçirdi: Vəziyyəti necədir?

Xalq artisti Akif İslamzadə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

Qaziler.az xəbər verir ki, bu barədə "Teleqraf"a sənətkarın oğlu Ayxan İslamzadə məlumat verib.

O bildirib ki, atası təxminən yarım saat əvvəl ürək əməliyyatı olunub:

"Atamın ürəyinə stent qoyulub. Hazırda xəstəxananın reanimasiya şöbəsindədir. Bu gün qəfil vəziyyəti pisləşdiyi üçün təcili yardımla xəstəxanaya çatdırıldı".

Qeyd edək ki, Akif İslamzadənin 77 yaşı var.

Seçilən
27
3
qaziler.az

5Mənbələr