Bakının bəzi yollarında sıxlıq müşahidə olunur. 1news.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 4. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 8. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 10. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 11. "20 Yanvar" dairəsində; 12. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 13. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 14. Babək prospekti, mərkəz istiqamətində; 15. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində sıxlıq müşahidə olunur.