"Əl-Nəsr" Səudiyyə Ərəbistanı çempionatının 33-cü turu çərçivəsində səfərdə "Əl-Şəbab"ı 4:2 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, qonaqların heyətində Joau Feliks het-trik edib, daha bir qolu isə onun həmyerlisi - superulduz Kriştianu Ronaldu vurub.
Bu, Ronaldunun karyerasında 971-ci qol olub.
"Əl-Nəsr" 32 turdan sonra 82 xalla Səudiyyə Ərəbistanı Pro Liqasına liderlik edir və "Əl-Hilal"dan beş xal qabaqdadır. Lakin sonuncunun ehtiyat oyunu var. "Əl-Şəbab" 32 xalla 13-cü yerdədir.