AZ

TƏCİLİ: İran “böyük qələbə”ni qeyd edir, Tramp isə…

İranlılar tezliklə ABŞ-la qarşıdurmada “böyük qələbə”ni qeyd edəcəklər.

KONKRET.az xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti Məhəmmad Rza Arif bəyan edib.

“Yaxın zamanda qələbəmizi qeyd edəcəyik. Son illərdə xalqımıza qarşı tətbiq olunan sanksiyalar və təzyiqlər İran xalqının böyük qələbəsi ilə aradan qalxacaq”, — deyə İran mediası Arifdən sitat gətirir.

Eyni zamanda, ABŞ prezidenti Donald Tramp Hörmüz boğazında üç Amerika esminesi ilə bağlı dünənki insident fonunda ABŞ və İran arasında atəşkəs rejiminin hələ də qüvvədə olduğunu bildirib.

“Atəşkəs davam edir. O qüvvədədir”, — deyə Tramp ABC News-a açıqlamasında bildirib.

Daha sonra jurnalistlərlə söhbətində o qeyd edib ki, İran tərəfi hələ də Vaşinqtonla razılaşma əldə etmək istəyir və tərəflər arasında danışıqlar davam edir.

“Biz İranla danışıqlar aparırıq. Razılaşma istənilən gün baş tuta, ya da alınmaya bilər. Düşünürəm ki, onlar bu sazişi məndən daha çox istəyirlər”, — deyə Ağ ev rəhbəri vurğulayıb.

Tramp həmçinin bildirib ki, İranla mümkün razılaşma Tehranın nüvə silahından imtina etməsini və “nüvə tozu”nun ABŞ-a təhvil verilməsini nəzərdə tutur.

“Bu, sadəcə bir səhifəlik təklif deyil. Mahiyyət etibarilə bu təklif onların nüvə silahına sahib olmayacağını nəzərdə tutur. Onlar nüvə materiallarını və bizim istədiyimiz bir çox digər məsələləri təhvil verəcəklər”, — deyə Tramp əlavə edib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
23
50
konkret.az

10Mənbələr