AZ

“Türk axını”nı belə partlatmaq istəyiblər

Jurnalist Boyan Pançevskinin araşdırma kitabında Ukrayna qrupunun “Şimal axını” ilə yanaşı, “Türk axını” qaz kəmərinə qarşı da diversiya hazırladığı iddia olunub.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" Pançevskinin “Şimal axınının partladılması: Avropanı sarsıdan diversiyanın əsl hekayəsi” adlı kitabına istinadən məlumat yayıb.

Müəllif yazır ki, ilkin plana əsasən əməliyyat iki istiqamətdə həyata keçirilməli idi. Bir qrup Baltik dənizində fəaliyyət göstərərək sonradan partladılan “Şimal axını” kəmərlərinə hücum etməli, digər qrup isə Qara dənizdə “Türk axını”nı hədəfə almalı idi.

Kitabda qeyd olunur ki, Ukrayna qrupu bu məqsədlə Rumıniyanın Manqaliya limanındakı yaxta bazasını seçib. Onlar burada “Santa-Lusiya” adlı yaxtanı icarəyə götürmək istəyiblər. Lakin plan qısa müddətdə ciddi problemlərlə üzləşib.

Araşdırmaya görə, Qara dənizdə patrul nəzarəti gücləndirilib. Rumıniya və Bolqarıstan hərbi dəniz qüvvələri Odessa yaxınlığında döyüşlərin getməsi səbəbindən akvatoriyaya ciddi nəzarət ediblər. Bundan əlavə, yaxtanın sahibləri gəminin Rumıniya sularından kənara çıxmasına icazə verməyiblər.

Seçilən
38
publika.az

1Mənbələr