AZ

“Real”dan məşqdə dalaşan futbolçuları ilə bağlı bəyanat

Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Real”dan məşqdə dalaşan futbolçuları ilə bağlı bəyanat

“Real” futbolçuları Orelyen Çuameni ilə Federiko Valverdenin məşqdə dava etməsi ilə bağlı rəsmi bəyanat yayıb.

QOL.az Madrid klubunun saytına istinadən xəbər verir ki, bəyanatda bildirilib ki, məsələ ilə bağlı intizam işi açılıb.

Klubun müvafiq daxili prosedurlar başa çatdıqdan sonra qərarı açıqlayacağı bildirilib.

İspaniya mətbuatı yazır ki, məşq zamanı Çuameni komanda yoldaşı Valverdeni vurub. Yerə yıxılan Valverdenin kəllə-beyin travması aldığı da qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
qol.az

2Mənbələr