AZ

Böyük Dəbilqə : Azərbaycanın 6 cüdoçusu mübarizəyə başlayır

ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın altı cüdoçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirində bu gün mübarizəyə başlayır.

XQ xəbər verir ki, yarışın ilk günündə Rəşad Yelkiyev, Turan Bayramov (hər ikisi 66 kq), Şəfəq Həmidova, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Leyla Əliyeva (hər ikisi 52 kq) tatamiyə çıxacaqlar.

Təsnifat mərhələsi saat 10:00-da, final bloku isə 16:00-da start götürəcək.

Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 7 çəki dərəcəsində 11 cüdoçu ilə (6 kişi, 5 qadın) təmsil olunur. Turnirdə 36 ölkədən 295 idmançı mübarizə aparır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
3
xalqqazeti.az

8Mənbələr