AZ

İnsan alveri cinayətlərinin SAYI

Yazını böyüt
Yazını kiçilt

2025-ci ildə 198 insan alveri cinayəti qeydə alınıb.

Hafta.az xəbər verir ki, bununla bağlı İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci il üzrə illik məlumatında öz əksini tapıb.

Hesabat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb. Bildirilib ki, həmin cinayətlərdən 152-si cinsi istismar, 45-i insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə yol vermə faktları ilə bağlı olub.

İnsan alveri cinayətlərinin 57-si informasiya texnologiyalarının tətbiqi ilə törədilib.

Hesabatda qeyd edilib ki, cinayətlərin 97 faizi açılıb, 6 şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri ilə 2 cinayətkar qrup zərərsizləşdirilib.

Seçilən
26
11
hafta.az

10Mənbələr