AZ

İshaq Dar: Pakistan Sinqapurdan dənizçilərin repatriasiyasına köməklik göstərməsini xahiş edib

Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar sinqapurlu həmkarı Vivian Balakrişnanla telefon danışığı zamanı ABŞ hakimiyyəti tərəfindən ələ keçirilmiş və Sinqapurun ərazi suları yaxınlığında olan gəmilərdəki 11 pakistanlı və 20 iranlı dənizçinin repatriasiyasına kömək etməyi xahiş edib.

"Far.Az" xəbər verir ki, Dar bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Mən həmçinin İran XİN rəhbəri Abbas Əraqçi ilə danışıqlar apardım, çünki biz bu məsələ ilə bağlı fəaliyyətimizi sıx şəkildə əlaqələndirməyə davam edirik. Pakistan da İran vətəndaşlarının ölkəmiz vasitəsilə İrana təhlükəsiz repatriasiyasına köməklik göstərməyə hazırdır", - o qeyd edib.

Darın sözlərinə görə, Pakistan XİN və müvafiq orqanlar repatriasiyanın təmin edilməsi üçün ABŞ hakimiyyəti və digər tərəflərlə fəaliyyəti koordinasiya edir.

Seçilən
26
far.az

1Mənbələr