AZ

Tramp Hörmüzdəki əməliyyatı Pakistana görə dayandırıbmış... VİDEO

ain.az, Bizim media portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp "Azadlıq Layihəsi"ni niyə dayandırdıqlarını açıqlayıb.Bizim.Media xəbər verir ki, ABŞ lideri jurnalistlərə açıqlamasında bu barədə danışıb.O qeyd edib ki, əməliyyatı dayandırmasına səbəb Pakistan rəhbərliyinin istəyi olub. 

 

“Pakistanın fantastik rəhbərliyi var. Onların liderləri, o cümlədən baş naziri, feldmarşal fantastik insalardır. Onlar istədiyi üçün layihəni dayandırdıq. Amma lazım gəlsə, yenidən buna qayıdacağıq”, - deyə Tramp qeyd edib. 

Xatırladaq ki, mayın 4-də ABŞ Hörmüz boğazında ilişib qalmış neytral xarici gəmilərin azad edilməsinə kömək məqsədilə “Azadlıq Layihəsi” adlı əməliyyata başladığını elan edib. Cəmi iki gün sonra - mayın 6-da isə layihə dayandırılıb.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
bizim.media

2Mənbələr