AZ

Mustafa Aşurov: Prezident mükafatı yaradıcı insanların əməyinə verilən ən yüksək dəyərdir

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 8 may, AZƏRTAC

Prezident mükafatına layiq görülməyim mənim üçün böyük qürur və məsuliyyət hissidir. Dövlətimiz hər zaman incəsənət xadimlərinə xüsusi diqqət və qayğı göstərir. Bu qayğı sənət adamlarının yaradıcılıq imkanlarını genişləndirir və milli mədəniyyətimizin inkişafına mühüm töhfə verir.

Bunu AZƏRTAC-a açıqlamasında Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktor-baş dirijoru Mustafa Aşurov söyləyib.

O, bu cür mükafatların yaradıcı insanların əməyinə verilən ən yüksək dəyər olduğunu deyib: "Bu, yalnız şəxsi uğur deyil, həm də ümumilikdə Azərbaycan incəsənətinə göstərilən etimadın ifadəsidir. Biz sənət adamları üçün bu diqqət daha böyük yaradıcılıq ruhu və məsuliyyət yaradır. Yaradıcılığıma göstərilən bu etimada görə dövlətimizin başçısına minnətdaram”.

Müxbir – Gülay Nəzərova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
azertag.az

2Mənbələr