AZ

Təsadüfi manevr deyil: İki Rusiya peyki orbitdə qəribə davranış nümayiş etdirib

İki Rusiya peyki Yerə yaxın orbitdə qeyri-adi manevr həyata keçirərək bir-birinə təxminən üç metr məsafəyə qədər yaxınlaşıb. Ekspertlər hesab edir ki, burada mürəkkəb kosmik texnologiyaların sınağından söhbət gedir...

Poliqon xəbər verir ki, ABŞ-ın COMSPOC şirkətinin məlumatına görə, aprelin 28-də COSMOS 2581 və COSMOS 2583 peykləri çox kiçik məsafədə idarə olunan yaxınlaşma həyata keçiriblər.

Analitiklər qeyd ediblər ki, bu, təsadüfi uçuş olmayıb. Onların sözlərinə görə, peyklərdən biri digər aparatın yanında bu qədər yaxın mövqeyi saxlamaq üçün bir sıra dəqiq manevrlər icra edib.

Onlarla birlikdə orbitdə daha bir aparat – COSMOS 2582 də fəaliyyət göstərir. Hər üç peyk Rusiya tərəfindən 2025-ci ilin fevralında Soyuz raketi ilə orbitə buraxılıb.

Sınaqlarda həmçinin Obyekt F adlandırılan daha kiçik peyk də iştirak edib. Bu aparat daha əvvəl COSMOS 2583 peykindən ayrılmışdı.

COMSPOC-un qiymətləndirməsinə əsasən, üçüncü peyk aparat qrupundan 100 kilometrdən az məsafədə olub, Obyekt F isə təxminən 10-15 kilometr uzaqlıqdan keçib.

Mütəxəssislər vurğulayırlar ki, belə əməliyyatlar yüksək dəqiqlik tələb edir və kosmik ələkeçirmə, inspeksiya və ya potensial peykə qarşı mübarizə texnologiyalarının sınağına işarə edə bilər.

"Rusiya nəyi sınaqdan keçirirsə-keçirsin, bunlar mürəkkəb testlərdir", deyə COMSPOC bildirib.

Rusiya peyklərinin buna bənzər manevrləri daha əvvəl də qeydə alınıb. Belə ki, 2020-ci ildə COSMOS 2542 peyki ABŞ-a məxsus casus peyklə təhlükəli yaxınlaşma həyata keçirmişdi.

Eyni zamanda, oxşar texnologiyalar ABŞ və Çində də mövcuddur. Müşahidəçilərin məlumatına görə, Amerika və Çin aparatları da orbitdə digər peyklərlə inspeksiya və yaxınlaşma əməliyyatları aparırlar.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr