AZ

ABB Özbəkistan bankının nəzarət səhm paketini alıb

Bu ilin II yarısında “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) Özbəkistanın "Davr Bank"ını alaraq bu ölkədə fəaliyyətə başlayacaq.

“İki sahil” xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun ABB-nin dayanıqlılıq hesabatına dair mətbuat konfransında deyib.

O bildirib ki, Özbəkistan bazarında özəl bankın nəzarət səhm paketinin əldə edilməsi məsələsi ilə bağlı danışıqlarımız müsbət yekunlaşıb.

“Ümid edirik ki, icazə və rəsmiləşdirmə proseslərini sürətlə bitirəcəyik və fəaliyyətə başlayacağıq”, - deyə Abbas İbrahimov vurğulayıb.

Seçilən
25
1
ikisahil.az

2Mənbələr