AZ

Rusiyanın Baltik donanması "Burya" kiçik raket gəmisi ilə güclənib

“Pella” gəmiqayırma zavodunda Baltik donanması üçün tikilmiş "Burya" kiçik raket gəmisinin Rusiya Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi mərasimi keçirilib.

Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir.

Məlumata görə, tədbirdə Baltik donanmasının baş komandanı, admiral Sergey Lipilin, gəmiqayırma zavodunun rəhbərliyinin nümayəndələri, Baltik hərbi dəniz bazasının hərbi qulluqçuları və ruhanilər iştirak ediblər.

Nazirlikdən bildirilib ki, gəmi heyəti istehsalçı şirkətin nümayəndələri ilə birlikdə Baltik dənizində kiçik raket gəmisinin manevr və yüksək sürətli sınaqlarını keçirib, bütün qurğuların, sistemlərin və komponentlərin işini, naviqasiya və radio avadanlıqlarını və silahlanmasını yoxlayıb.

Gəminin uzunluğu 60 metr, eni 10 metr, suya oturma qabiliyyəti 4 metrdir. Silahlanmaya modernləşdirilmiş 76,2 mm-lik AK-176MA top dəsti, iki AK-630M zenit top sistemi və “Kalibr-NK” zərbə raket sistemi daxildir. AK-630M daha sonra “Pantsir-M” hava hücumundan müdafiə raketi və sistemi ilə əvəz edilib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
24
herbiand.az

1Mənbələr