Ajans.az xəbər verir ki, V. Mustafayev idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə Yevlax şəhəri ərazisində hərəkətdə olarkən 2019-cu il təvəllüdlü piyada Misirxan Murad oğlu Rəsulovu vurub. Orta məktəbin 1-ci sinif şagirdi olan Misirxan aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.(Qafqazinfo)