AZ

Rusiyada 13 aeroportun fəaliyyəti dayandırıldı

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Ukrayna ordusu pilotsuz uçuş aparatı ilə “Rusiyanın Cənub Bölgəsinin Aeronaviqasiya İdarəsi” filialının inzibatı binasına zərbə endirib.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, nəticədə Rusiyanın cənubunda 13 hava limanının fəaliyyəti dayandırılıb. 

Məlumata görə, hazırda Həştərxan, Vladiqafqaz, Volqoqrad, Gelencik, Qroznı, Krasnodar, Mahaçqala, Maqas, Mineralnıye Vodı, Nalçik, Soçi, Stavropol və Elista hava limanları müvəqqəti işləmir. 

Rusiyanın Nəqliyyat Nazirliyi məsələ ilə bağlı araşdırma aparır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
2
qafqazinfo.az

3Mənbələr