AZ

İran münaqişəsi fonunda İsveçrədə enerji böhranı təhlükəsi yaranıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, İsveçrə hökuməti İrandakı münaqişə və Hörmüz boğazının mümkün bağlanması səbəbindən gələn qış ölkədə qaz və elektrik çatışmazlığının yarana biləcəyi barədə xəbərdarlıq edib. 

Nazirlər Kabinetinin bəyanatına görə, Avropada qaz ehtiyatlarının azlığı və artan qiymətlər enerji təhlükəsizliyi ilə bağlı qeyri-müəyyənlik yaradır. Ölkənin elektrik ehtiyacının 13%-ni təmin edən "Gösgen" AES-in fəaliyyətinin dayandırılması və hidroenerji istehsalının azalması İsveçrəni idxaldan asılı vəziyyətə salıb. Hökumət, həmçinin enerji infrastrukturunun köhnəldiyini vurğulayaraq, elektrik ötürücü xətlərinin yenilənməsinin vacibliyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
olaylar.az

1Mənbələr