2025-ci ildə insan alveri qurbanlarının coğrafiyasına nəzər saldıqda 72 faizinin Türkiyədə, 22 faizinin Birləşmiş Ərəb Əmirliklərində, 6 faizinin isə Pakistanda istismara məruz qaldığı müəyyən edilib.
Ölkə.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, göstəricilər bir daha təsdiq edir ki, insan alveri əsasən ölkə hüdudlarından kənarda baş verən transmilli cinayətdir.
"Eyni zamanda, hüquq-mühafizə tədbirlərinin effektivliyini göstərən digər statistik göstərici cinayətlərin açılma səviyyəsidir. 2025-ci ildə insan alveri cinayətlərinin 97 faizi açılıb, 2 mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib".
Mürtəza