AZ

Lula Trampdan Kuba ilə bağlı zəmanət aldığınıAÇIQLADI

Braziliya Prezidenti Luiz Inácio Lula da Silva ABŞ Prezidenti Donald Trumpdan Vaşinqtonun Kubaya hücum etmək niyyətində olmadığına dair zəmanət aldığını bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, Braziliya liderinin fikirlərini EFE sitat gətirib.

Lula da Silva qeyd edib ki, “əgər onun sözlərini düzgün tərcümə etmişəmsə, o, Kubaya hücum etməyəcəyini deyib”.

Bundan əlavə, Trampla görüşdən sonra Vaşinqtonda keçirilən mətbuat konfransında Braziliya Prezidenti Kuba ilə ABŞ arasında mövcud fikir ayrılıqlarının həllinə kömək etməyə hazır olduğunu vurğulayıb.

O bildirib ki, “Kuba dialoqa və ABŞ blokadasına son qoyacaq həll yolunun tapılmasına açıqdır”.

Lula da Silva əlavə edib ki, “bu blokada Kubanı inqilab yolu ilə qazandığı azadlıqdan məhrum edə bilməyib”.

Aminə ŞAHSUVARQIZI

Seçilən
51
1
redaktor.az

2Mənbələr