AZ

“Rostex” qoşunlara yeni “Sarma” sisteminin təhvil verilməsi barədə danışıb

“Rostex” dövlət korporasiyası 2025-ci ildə qoşunlara yeni 300 mm-lik “Sarma” reaktiv yaylım atəş sisteminin təhvil verilməsinə başlayıb.

Herbiand.az bildirir ki, “Rostex” şirkətinin baş direktoru Sergey Çemezov bunu Rusiya Prezidenti Vladimir Putinlə görüşdə açıqlayıb.

O, qeyd edib ki, döyüş maşınının əsas üstünlüyü onun gücü, hərəkətliliyi və ekipajın qorunmasıdır.

“Sarma” 8x8 tam ötürücülü şassiyə əsaslanır və 300 mm kalibrli güllədən atəş açır. Düşmənin şəxsi heyəti, artilleriyası, zirehli texnikası, hava hücumundan müdafiə sistemləri və digər hücum silahları və hərbi qurğuları effektiv şəkildə vura bilir.

“Sarma” qabaqcıl avtomatlaşdırılmış idarəetmə və atəş idarəetmə sistemi ilə təchiz olunub.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
25
herbiand.az

1Mənbələr