AZ

İsrail səfiri Milli Qəhrəman Albert Aqarunovun məzarını ziyarət edib - FOTO

Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan yəhudi icmasının fəxri nümayəndəsi, Milli Qəhrəman Albert Aqarunovun döyüşdə şəhid olduğu günün ildönümüdür.

Hafta.az yazır ki, İsrailin ölkəmizdəki səfiri Ronen Krausz və missiya rəhbərinin müavini Aviv Zell Aqarunovun Şəhdlər Xiyabanında yerləşən məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar.

Albert Aqarunovun cəsarəti, Azərbaycana sədaqəti və Vətənin müdafiəsi uğrunda etdiyi ən ali fədakarlıq dərin ehtiramla xatırlanır və böyük hörmətlə anılır.

Onun həyatı və qəhrəmanlığı cəsarətin, sədaqətin və Vətənə bağlılığın nümunəsi olaraq qalır.

Allah rəhmət eləsin!

Seçilən
15
7
hafta.az

10Mənbələr