Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Azərbaycanda talassemiya diaqnozu qoyulan 3209 nəfər rəsmi qeydiyyatdadır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.
Bildirilib ki, onlardan 1654 nəfəri kişi, 1555-i isə qadınlardır.
Mərkəzdən bildirilib ki, Talassemiya daşıyıcılarının dispanser qeydiyyatı aparılmır, çünki daşıyıcılar sağlam şəxslər hesab olunur:
"2015-ci ildən etibarən yeni ailə quran şəxslərin talassemiya daşıyıcılığına görə müayinəsi həyata keçirilir və aparılan müayinələrin nəticələrinə əsasən ölkə üzrə daşıyıcılıq göstəricisi təxminən 4 % təşkil edir".
Həmçinin qeyd olunub ki, hazırda təxminən 300 nəfər talassemiyalı pasiyent sümük iliyi transplantasiyası üçün gözləmə siyahısındadır:
"Cari ildə Milli Hematologiya və Transfuziologiya Mərkəzində 14 nəfərə sümük iliyi transplantasiyası icra olunub. Onlardan 6 nəfəri talassemiya diaqnozu olan pasiyentlərdir".
Xatırladaq ki, 8 May Beynəlxalq Talassemiya Günü kimi qeyd olunur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.