ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Bu gün – beş min ildir insanlara dayanmadan xidmət edən, itaətkarcasına yükünü çəkən, amma ən çox söyülən uzunqulağın günüdür. Mərhəmətli insanlar, heyvansevərlər 8 mayı gözəl gözlü, lakin çox vaxt qiyməti bilinməyən bu mülayim və əzmkar heyvana həsr ediblər. Uzunqulaq insanın təkcə şələsini çəkmir, həm də yaşamını da minillər boyu rahatlaşdırıb. İlk dəfə Misir, Mesopotamiya və Şərqi Afrikada əhliləşdirilən bu heyvanlar dağ keçidlərində, kənd təsərrüfatında və hətta böyük şəhərlərin tikintisində insanların əsas dayağı olublar.Eşşəklərin ən maraqlı xüsusiyyətlərindən biri onların torpağın altında nələrin olduğunu sezə bilməsidir. Onlar təbii su mənbələrini tapmaqda çox dəqiq instinktə malikdirlər. Buna görə də bəzi yerlərdə su quyularının yeri eşşəklərin davranışı ilə müəyyən edilirmiş. Bu heyvanlar həm də mükəmməl yaddaş sahibidirlər: əvvəlcə getdikləri yolu illərlə unutmur, hansı cığırın təhlükəli, hansının təhlükəsiz olduğunu xatırlayırlar.
Eşşək və qatır yamacı az olan, bataqlıq olmayan, su mənbələrinə yaxın, torpağı bərk olan yolları seçirdi.
Buna görə də bir çox cığırlar sonradan daş yola, bir müddət sonra isə şəhər küçələrinə çevrilirdi. Məsələn dünyanın ən qədim şəhərlərindən olan Romanın küçələri uzunqulağın sayəsində salınıb. Elə Avropanın ən böyük şəhəri olan Moskvanın da dolama yolları bu heyvana borcludur.Şərqdə isə Təbrizin karvan yollarında uzunqulaqların “xatirə”si var. Təbriz əsrlərlə İpək Yolunun böyük ticarət mərkəzi olub. Karvan heyvanlarının seçdiyi keçidlər və relyef şəhərin inkişafına təsir edib.Daha bir maraqlı fakt var: uzunqulaqlar hər yarım saatdan bir anqırırlar.
Qədim dövrlərdə mexaniki saatlar olmadığından, insanlar eşşəklərin səsini müşahidə edirmişlər. Ona görə də, uzunqulaq səsi bir növ “zaman ölçüsü” rolunu oynayırdı.
Bütün bu xidmətlərinə baxmayaraq, eşşəklər çox vaxt lağ obyektinə çevriliblər. Halbuki çox soyuq ağlı və ehtiyatlı davranışı var: əgər eşşək hərəkət etmirsə, deməli, qarşıda təhlükə hiss edib.Şəfiqə Şəfa, Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.