AZ

Dünyada bunu Ronaldudan başqa heç kim bacarmayıb

Mayın 7-də "Əl-Nəsr" Səudiyyə Ərəbistanı Pro Liqasının 33 -cü turunda səfərdə "Əl-Şəbab"ı 4:2 hesabı ilə məğlub edib.

Fanat.Az xəbər verir ki, qonaqların qollarından birini portuqaliyalı hücumçu Kriştianu Ronaldo vurub.

"Opta"-nın məlumatına görə, Ronaldunun "Əl-Şəbab"a vurduğu qol onun qələbəyə töhfə verməsi ilə yanaşı, "Əl - Nəsr"də 100 qola çatmasına da şərait yaradıb. O, bunu cəmi 105 oyunda əldə edib və həmşinin, 18 məhsuldar ötürmə müəllifi olib.

Beləliklə, Ronaldu tarixdə dörd fərqli liqada 100 qol vuran ilk oyunçu olub. O, əvvəllər bunu Premyer Liqada "Mançester Yunayted", La Liqada "Real Madrid", A Seriyasında "Yuventus" və indi isə Səudiyyə Ərəbistanında "Əl- Nəsr"də reallaşdırıb.

Portuqaliyalı oyunçunun hesabında hazırda 971 qol var. O, karyerasında 1000 qola çatşağı hədəfləyib. 

Mirağa

Seçilən
2
fanat.az

1Mənbələr