“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Premyer Liqasının 33-cü turunda “Əl-Şəbab”a qarşı 4-2 hesablı qələbə qazandıqları oyunda qol vurub.
Publikaaz xəbər verir ki, o, 75-ci dəqiqədə Sadio Manenin ötürməsindən sonra fərqlənib. Bu, 41 yaşlı portuqaliyalı futbolçunun Səudiyyə Ərəbistanı liqasında vurduğu 100-cü qol olub. Bu nəticəyə çatmaq üçün ona 105 oyun lazım olub.
Ronaldo cari Pro Liqa mövsümündə oyunçu 28 matçda 26 qol vurub və üç məhsuldar ötürmə edib.
Bu qol həm də Ronaldonun karyerasında 971-ci oldu. O, klub səviyyəsində 1088 oyunda 828, Portuqaliya milli komandasında isə 226 oyunda 143 qol vurub. 1000 qol həddinə 29 qol qalıb.