AZ

Azərbaycan vətəndaşı Monteneqroda tikinti sektorunda məcburi işlədilib

Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan vətəndaşının Monteneqroda tikinti sektorunda məcburi əməyə məruz qaldığı məlum olub.

Ölkə.az-ın məlumatına görə, bu barədə məlumat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü birgə iclasında müzakirə olunan insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.

Bildirilib ki, 2025-ci ildə ixtisaslaşmış xüsusi polis qurumu tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 1 (sabit) məcburi əmək faktı müəyyən edilərək cinayət işi başlanılıb.

Aparılmış prosessual araşdırmalarla zərərçəkmiş şəxsin Monteneqroda tikinti sektorunda istismar edildiyi məlum olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
2
olke.az

8Mənbələr