ABB Orta Asiya və Afrika ölkələrində maliyyə təşkilatlarına investisiya edə bilər.
Bu barədə keçirilən mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov məlumat verib.
O bildirib ki, bank artıq bununla bağlı potensial ölkələrin qısa siyahısını müəyyənləşdirib.
Qeyd olunub ki, ABB-nin investisiya strategiyası yalnız bank sektorunu əhatə etmir. Bank Orta Asiya və Afrika ölkələrində ödəniş təşkilatları, fintex şirkətləri və digər maliyyə institutlarına da investisiya yatırmağı nəzərdən keçirir.
“ABB-nin investisiya üzrə inkişaf strategiyası təkcə bank sektoruna yatırımla bağlı deyil. Orta Asiya və Afrika ölkələrində ödəniş təşkilatlarına, fintexlərə və digər maliyyə təşkilatlarına yatırım edə bilərik. Amma hələlik bununla bağlı konkret planımız yoxdur”, – deyə Abbas İbrahimov əlavə edib.