Yeniazerbaycan portalından verilən məlumata görə, ain.az xəbər yayır.





Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının təşkilatçılığı ilə partiyanın bir qrup fəal gənci Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Ziyarətdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və partiyanın fəal gəncləri iştirak ediblər.
Ekskursiya çərçivəsində iştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.Daha sonra gənclər mərkəzdə Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı həyat yolu, dövlətçilik fəaliyyəti, Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətləri barədə ətraflı məlumatlandırılıblar. Ekskursiya zamanı iştirakçılar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlar, fotoşəkillər və kitablarla yaxından tanış olublar.
Ziyarət zamanı gənclər Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Gəncə Dövlət Unveristetinin Prorektoru Pərvin Kərimzadə ilə görüşüblər. Görüş zamanı Pərvin xanım Kərimzadə Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi, onun dövlətçilik ideyalarının gənc nəslə aşılanmasının vacibliyindən bəhs edib, gənclərə bu dəyərləri daim yaşatmağı və təbliğ etməyi tövsiyə edib. Qeyd olunub ki, bu cür maarifləndirici ziyarətlər gənclərin vətənpərvərlik ruhunda formalaşmasına, dövlətçilik ənənələrinin daha dərindən öyrənilməsinə və Ümummilli Liderin zəngin irsinin gələcək nəsillərə aşılanmasına mühüm töhfə verir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.