futbolpress-az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Zirə” Misli Premyer Liqasının XXXI turunda bu gün “İmişli”nin qonağı olacaq.
Futbolpress.az-ın məlumatına görə, komandalar bu mövsüm iki dəfə üz-üzə gəlib.
“Zirə” azarkeşləri önündə 0:0, səfərdə isə 1:1 hesablı heç-heçəyə razılaşıb. Rəşad Sadıqovun yetirmələri bu mövsüm liqada ən çox bərabərə qalan komandadır – 13 dəfə. “İmişli” isə 11 dəfə meydanı bir xalla tərk edib.
“İmişli” debüt etdiyi ildə Qubada – azarkeşləri önündə hələ qələbə qazana bilməyib. Jorj Kaşkilyanın rəhbərlik etdiyi kollektiv 8 heç-heçə edib, 6 dəfə uduzub.
“Zirə” isə 14 səfər matçının 6-da üç xala sevinib. 5 dəfə bərabərliyə razılaşan “qartallar” üç dəfə də meydanı xalsız tərk edib. “Zirə” səfərdə 18 qol vurub, “İmişli” evində 22 qol buraxıb.
“İmişli” – “Zirə” oyunu saat 16:30-da start götürəcək.
Şahin Cəfərov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.